• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

 Azərbaycanda toylarla bağlı ŞAD XƏBƏR

CƏMİYYƏT

24 Yanvar 2022 | 16:56

Azərbaycanda toylarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırıla bilər.

Bu barədə Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir.

Mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Bildirilir ki, şadlıq sarayları artıq mart və aprel aylarında toy mərasimi keçirmək istəyənlərə də bu barədə məlumat verir və nəzərə almağa çağırırlar.

Trend məsələni araşdırmaq üçün aidiyyatı qurumlarla əlaqə saxlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə bir məlumat yoxdur.

Digər aidiyyatı qrumlardan isə hələki sorğuya cavab verilməyib.

Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir. Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.

Karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkaralanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görülür.

Xatırladaq ki, fevralın 15-dən sonra Azərbaycanda COVID-19 pasportu və immunitet sertifikatı müddətli olacaq. COVID-19 pasportlarının müddəti 6 ay müəyyən edilib. Vətəndaş 6 ay bitikdən sonra COVID-19 pasportunun müddətini uzada bilmək üçün 3-cü (buster) doza vaksin qəbul etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026