Səhiyyə Nazirliyi Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsinin dayandırılma səbəbini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb “AstraZeneca”nın bütün dozalarının bitməsidir.
*** 12:13
Azərbaycanda COVİD-19 əleyhinə “Astra-Zeneca” peyvəndinin istifadəsi dayandırılıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib.
Qeyd edək ki, indiyədək Azərbaycana 453600 doza “Astra-Zeneca” vaksini gətirilib.
















