• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ağcabədi sakinindən avtomat götürüldü - FOTO

HADİSƏ

23 Yanvar 2023 | 13:38 | Müəllif: Qalib İbrahimoğlu

Ağcabədi sakinindən avtomat götürüldü - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.


Ağcabədi sakinindən avtomat götürüldü - FOTOAğcabədi sakinindən avtomat götürüldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026