• Bakı 17° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Qubada metal oğruları saxlanıldı

HADİSƏ

22 Fevral 2023 | 10:56

Qubada metal oğruları saxlanıldı

Qubada 21 min manatlıq metal oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayonun Ağbil kəndi ərazisində olan köhnə sənaye obyektindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.

Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 ədəd mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla ümumilikdə zərərçəkmişə 21 000 (iyirmi bir min) manat yaxın ziyan vurublar.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026