• Bakı C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Ağdam Sənaye Parkına nə qədər investisiya yatırılıb?

İQTİSADİYYAT

09 Fevral 2026 | 13:37

Ağdam Sənaye Parkına nə qədər investisiya yatırılıb?

İndiyədək Ağdam Sənaye Parkında 32 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb.

Bildirilib ki, hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir.

Qeyd edilib ki, sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun 62,3 milyon manatlıq hissəsi ixrac olunub.


SON XƏBƏRLƏR