Bəzi yanacaqdoldurma mərkəzlərində Aİ-95 Premium markalı benzinin olmadığına rast gəlinir. Sosial şəbəkələrdə insanlar bunun benzinin qiymətinin artması ilə bağlı olduğunu deyirlər.
Bakıvaxtı.az-ın Milli.az-a istinadən məlumatına görə, məsələ ilə bağlı yanacaqdoldurma mərkəzlərindən bildirilib ki, benzinin olmamasının səbəbi öz yerində bitməsi ilə bağlıdır. Bahalaşma ilə bağlı məlumatlardan xəbərsizdirlər.
Məsələ ilə bağlı şirkətin nümayəndəsi Rail Ağayev isə qeyd edib ki, yanacağın olmaması daşınma problemi ilə bağlıdır. O bildirib ki, qiymət bahalaşma səbəbi ilə yanacağın olmaması fikri əsassız və yanlışdır:
"Bu gecə artıq yanacaq məntəqələrə paylanılıb".
Bəs benzinin qiyməti artacaqmı?
Məsələ ilə bağlı Neft Şirkətindən də bildirildi ki, bununla bağlı onlarda məlumat yoxdur. Qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir.