• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

Zaur Hüseynovun dövründə - 4 milyonluq pozuntu olub

İQTİSADİYYAT

15 Fevral 2025 | 11:47

Zaur Hüseynovun dövründə - 4 milyonluq pozuntu olub

“Bakı Metropoliteni” QSC-nin külli miqdarda vergi borcu var.

Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı “Bakı Metropoliteni” QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Z.Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Xatırladaq ki, daha əvvəl “Bakı Metropoliteni” QSC-də Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlanmışdı. 


SON XƏBƏRLƏR

18 Fevral 2025