• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Aİ-dən Rusiyaya yeni sanksiyalar: Bunun Azərbaycana hansı təsirləri var?

SİYASƏT

24 Iyun 2024 | 12:56

Aİ-dən Rusiyaya yeni sanksiyalar: Bunun Azərbaycana hansı təsirləri var?

"Rusiyada yaşayan sahibkarlarımızdan Azərbaycana daxil olan pul kütləsinin həcmi getdikcə azalır".

Bunu Rusiyaya qarşı tətbiq olunan yeni sanksiya paketinin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni sanksiya paketi Azərbaycanın xüsusən də mal və məhsul ixracatçıları üçün də çətinlik yaşadacaq:

"Yeni sanksiya paketinə əsasən, iyunun 13-dən etibarən Rusiya dollar və avro ilə ticarəti dayandırmağa məcburdur. Bu o deməkdir ki, Rusiyaya gələn pul kütləsinin həcmi azalacaq. Nəticədə Rusiyanın idxalçıları çətinlikliklərə üzləşəcəklər. Çünki idxalçılar əvvəllər dolları ucuz qiymətə alırdılarsa, artıq ucuz qiymətə dollar tapılmayacaq. Kommersiya bankları özünü sığortalamaq üçün dolları daha ucuz qiymətə alacaqlar, lakin daha baha qiymətə satacaqlar. İxracatçılarımız ixrac etdikləri məhsullarını rubla çevirəndən sonra dollarla satmalıdırlar. Lakin sanksiya nəticəsində ixracatçılarımız rublu asanlıqla dollara çevirə bilməyəcəklər".

Ekspertin fikrincə, Rusiyada yaşayan sahibkarlarımız üçün ölkəmizdə əlverişli şərait yaradılmalıdır. Bundan başqa, quru sərhədlərin bağlı olması sahibkarlarla yanaşı, Azərbaycan iqtisadiyyatına zərər vurur.

Vahid Məhərrəmli: Rusiyada alıcılıq qabiliyyəti aşağı düşüb, vəziyyətin getdikcə pisləşəcəyi də görünür

V.Məhərrəmli bildirib ki, Azərbaycan 800 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edir.

“Əsas bazarın 85 faizini isə Rusiya bazarı təşkil edir. Sahibkarlarımız daha çox Rusiya bazarı ilə işlədiyinə və vətəndaşlarımızın əksəriyyəti Rusiyada yaşamağa meylli olduğuna görə həm də ixrac olunan yerli məhsullarımızın satışını həyata keçirirlər. Lakin Rusiyada alıcılıq qabiliyyəti aşağı düşüb, vəziyyətin getdikcə pisləşəcəyi də aydın görünür. Hətta son günlər Rusiyada qiymətlər ciddi şəkildə artıb. Rusiyada bizneslə məşğul olan sahibkarlarımız çalışmalıdırlar ki, Rusiyanın indiki çətin vaxtında ciddi zərərə uğramasınlar", - deyə Vahid Məhərrəmli qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Aİ ölkələri Rusiyaya qarşı razılaşdırılmış 14-cü sanksiyalar paketini qəbul edib. Bu sərt paket Rusiyanı əsas texnologiyalardan və enerjidən əlavə gəlir əldə etməkdən məhrum edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR