• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Macarıstan-Aİ gərginliyi: Ukrayna sammiti Brüsselə köçürüldü

SİYASƏT

23 Iyul 2024 | 16:20 | Müəllif: Gülşən Şərif

Macarıstan-Aİ gərginliyi: Ukrayna sammiti Brüsselə köçürüldü

Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərindən sonra Avropa İttifaqı (Aİ) ilə yaranan gərginlik davam etməkdədir.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Orbanın səfərindən sonra Aİ rəhbərliyi Macarıstandakı görüşləri boykot etmək qərarına gəlib. Gərginlik həm də Orbanın Aİ adından hərəkət etdiyi və müddətli prezident vəzifəsindən sui-istifadə etdiyi təəssüratı yaratması fikri ilə əlaqələndirilir.

Son nəticə olaraq, Macarıstana qarşı boykot elan olunub və Ukrayna sammiti Budapeştdən Brüsselə köçürülüb. Macarıstan administrasiyası isə bu qərarı tənqid edib və "uşaqlıq" adlandırıb. Macarıstanın xarici işlər naziri Peter Szijjarto boykot qərarını "Mən heç kimin hisslərini incitmək istəmirəm. Lakin bu, uşaq bağçasında uşağın davranışıdır" deyə şərh edib. 

Avropa İttifaqına daxil olan 26 ölkədən Slovakiya Macarıstanı dəstəkləyib. Lüksemburqun xarici işlər naziri Xavier Bettel isə boykot qərarını "absurd" adlandırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026