• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Yaxın Şərqdə sülhə imkan vermir: Müharibə daha da aktivləşəcək

SİYASƏT

22 Avqust 2024 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ Yaxın Şərqdə sülhə imkan vermir: Müharibə daha da aktivləşəcək

HƏMAS Qətərin paytaxtı Dohada müzakirə edilən İsraillə atəşkəs və girov mübadiləsinə dair son təklifi rədd edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlara xələl gətirmək və Qəzzada münaqişəni uzatmaq üçün yeni şərtlər və tələblər irəli sürür.

Bəs görəsən, danışıqların uzanmasının hansı təsirləri ola bilər?

Politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar HƏMAS və İsrail arasında danışıqlar prosesi intensivləşib. Lakin yaxın vaxtlarda sülhün bərqərar olacağını göstərmir.

Onun sözlərinə görə, bu cür proseslərdə aysberqin görünməyən tərəfi müharibənin uzanmasının tərəfdarı olan qüvvələrin mövcudluğudur. Bu qüvvələrin başında isə ABŞ durur:

"HƏMAS və İsrail arasında konsensus əvvəlki illərlə müqayisədə daha real görünür. Xüsusilə HƏMAS liderlərinin ardıcıl öldürülməsi, müsəlman dövlətləri tərəfindən HƏMAS və Fələstinə lazımi dəstəyin göstərilməməsi HƏMAS-ı narahat edir. İranın perpesktivdə müharibəyə cəlb olunması ehtimalı isə İsrail üçün arzuolunan deyil”.

Müsahibimiz hesab edir ki, bu baxımdan üç məsələ hər iki tərəfin mövqeyində yumşalmalara yol açıb. ABŞ Yaxın Şərqdə İsrailin əli ilə müharibəni uzadır, böhranlar yaradır. Eyni zamanda özünün silah biznesini inkişaf etdirir.

Kənan Novruzov: ABŞ Yaxın Şərqdə İsrailin əli ilə müharibəni uzadır

K.Novruzova görə, ABŞ Şərqi Avropada Rusiyanın təsir imkanlarını azaltmağa çalışdığı kimi, Yaxın Şərqdə də İranın mövqelərini zəiflətməyə can atır.

"ABŞ bacardığı qədər Yaxın Şərqdə sülhün yaranmasına imkan verməməyə çalışır. Ona görə də sülh danışıqlarının qarşısını almağa cəhd edir. Sülh imkanları artdıqca, ABŞ-nin maraqları da artır. Bu, demokratların öz hakimiyyətlərini qoruması üçün vacibdir. Görünən odur ki, qarşıdakı dövrdə müharibə daha da aktivləşəcək", - deyə Kənan Novruzov vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026