• Bakı 19° C

    4.08 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Sejurnenin Azərbaycana yönəlik ittihamları: Fransa niyə qıcıqlanır?

SİYASƏT

20 Sentyabr 2024 | 17:47

Sejurnenin Azərbaycana yönəlik ittihamları: Fransa niyə qıcıqlanır?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur. XİN rəsmisi qeyd edib ki, diplomatiya baxımından tamamilə istedadsız bir xadim növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib:

"Fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi".

Zaxarova əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib:

“Onlara lazım olan tək şey bu region ölkələrinin toqquşmasıdır. İnkişafa, problemlərin həllinə kömək etmirlər. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Bu da bunun növbəti təzahürüdür”.

XİN-in rəsmi nümayəndəsi həmçinin Ermənistan rəsmilərinin Sejurnenin anti-Rusiya bəyanatlarına reaksiya verməməsinə təəccübünü ifadə edib.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Fransanın xarici işlər naziri Stefan Sejurnenin indiki məqamda Ermənistana səfəri və İrəvanda olarkən Azərbaycana yönəlik ittihamlarının səbəbi Fransa daxilində baş verənlərdən qaynaqlanır.

Ekspert vurğulayıb ki, kənar güclərin regiona gəlişinin və proseslərə müdaxilə imkanlarının yaranmasının digər səbəblərindən biri Ermənistan hökumətinin qeyri-müəyyən siyasətidir:

"İlk növbədə onu qeyd edim ki, Fransa daxilində Emmanuel Makron hökumətinə qarşı ciddi narazılıq mövcuddur. Hətta fransız prezidentə qarşı impiçent məsələsi də gündəmə gəlib. Fransa Milli Assambleyasında bu məsələnin müzakirəsi gözlənilir. Məlum məsələdir ki, Ermənistan lobbisi Fransada çox güclüdür. Erməni lobbisi Fransanın daxili-xarici siyasətinə ciddi təsir göstərmək imkanına sahibdir”.

Müsahibimiz qeyd edib ki, Stepan Sejurenin tələsik Ermənistana səfər etməsi və İrəvan hökumətin, xüsusən erməni lobbisinə xoş getsin deyə Azərbaycan əleyhinə bəyanat səsləndirməsi hər şeydən öncə Parisin öz maraqlarının təmin olunmasıdır:

“Hələ də Fransanın müstəmləkəsi altında olan bölgələr, xalqlar var. İstər Qəmər adaları olsun, istər Yeni Kaledoniya və digər ərazilərdə müstəmləkə altında olan xalqlara Azərbaycanın dəstək verməsi Fransanı həddindən artıq qıcıqlandırır. Parisin Bakıya qarşı mövqe sərgiləməsinin önəmli səbəblərindən biri də müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə bağlıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

10 Oktyabr 2024