• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb

SİYASƏT

22 Avqust 2024 | 15:50

Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb

Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daşkənddə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumunda məlumat verilib.

Belə ki, biznes forum çərçivəsində energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Şəhrisəbz və Beyləqan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlər mübadilə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026