• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib - YENİLƏNİB

DÜNYA

24 Iyun 2024 | 11:19

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib - YENİLƏNİB

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının məlumatında bildirilib.

Bundan əlavə, Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə yeni məhdudiyyətlər də bu sıradadır.

***

10:46

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Aİ 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.

Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.


SON XƏBƏRLƏR