Türkiyənin İstanbul şəhərində zəncirvari qəza olub.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, şəhərin Əsenyurd E-5 quru yolu adlanan hissəsində on avtomobil toqquşub.
Məlumata görə, qəza nəticəsində çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
















