• Bakı 15° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Türkiyə ordusu şəhid verdi

DÜNYA

22 Avqust 2024 | 23:48 | Müəllif: Subhan Mahmudov

Türkiyə ordusu şəhid verdi

Şimali Kipr Türk Cümhuriyyətində Türkiyə ordusuna məxsus hərbi avtomobil qəza edib.

Bakıvaxtı.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qəza nəticəsində əsgər Uğurcan İşığın şəhid olduğu, 11 əsgərin yaralandığı bildirilib.

“Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralı silahdaşlarımıza şəfa diləyirik”, - nazirliyin məlumatında qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026