• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu ölkədə prezident seçkilərindən sonra komendant saatı elan edildi

DÜNYA

21 Sentyabr 2024 | 23:26 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə prezident seçkilərindən sonra komendant saatı elan edildi

Prezident seçkiləri üçün səsvermənin yekunlaşdığı Şri-Lankada polis yerli vaxtla səhər saat 06:00-a qədər komendant saatı elan edib.

Bakıvaxtı.az xəbər verir ki, qərargahı Şri-Lankanın paytaxtı Kolomboda yerləşən “Newswire” saytının xəbərinə görə, seçici sayının 17 milyonu keçdiyi ölkədə səsvermə prosesi insidentsiz başa çatıb.

Əhalinin təhlükəsizliyi üçün polis bu axşam saat 22:00-dan sabah səhər saat 06:00-a qədər komendant saatı elan edib.

Ada ölkəsində səslərin sayılması davam edərkən, yekun nəticələrin sabah açıqlanması gözlənilir.

Seçkilər 2022-ci ildə baş verən ağır iqtisadi böhrandan sonra ilk prezident seçkiləri idi. Ölkənin iflas elan etməsinə səbəb olan iqtisadi böhran hökumətin devrilməsinə səbəb olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026