Bu gün əsgərlərimiz düşmən ərazisində göstərdikləri sərrastlıqlarına görə bir daha tərifə layiqdirlər. Vəziyyəti kökündən dəyişdirən budur: müharibəni Rusiya ərazisinə gətirmək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 21-də Rusiyanın iri anbarlarına endirilən zərbələri şərh edərkən deyib.
O qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin vurduğu anbarda taktiki raketlər və idarə olunan bombalar saxlanılıb:
"Bu anbarlarda Rusiyanın şəhərlərimizə, mövqelərimizə qarşı terror üçün istifadə etdiyi hər şey var idi".
Qeyd edək ki, sentyabrın 21-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətində Tixoretsk arsenalına və Tver vilayətində, Oktyabrski kəndi yaxınlığındakı 23-cü arsenalına zərbələr endirib