• Bakı 21° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Mahir Emrelinin komandası məğlub olub

İDMAN

21 Sentyabr 2024 | 17:30

Mahir Emrelinin komandası məğlub olub

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, Nürnberq şəhərinin təmsilçisi evdə "Herta" klubu ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının hücumçusu matçın 39-cu dəqiqəsində meydana daxil olmaqla "Nürnberq"də debütünü rəsmiləşdirib. O, zədələnərək meydanı tərk edən Benyamin Qolleri əvəzləyib.

Qeyd edək ki, M.Emrelinin komandası VII turda səfərdə "Hannover"in qonağı olacaq.


SON XƏBƏRLƏR