• Bakı 20° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Türküstanda həbsxanada qiyam: 2 əsgər yaralandı

DÜNYA

21 Sentyabr 2024 | 18:51

Türküstanda həbsxanada qiyam: 2 əsgər yaralandı

Qazaxıstanın Türküstan vilayətinin həbsxanalarından birində məhbuslar üsyan qaldırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tengri Nyus” məlumat yayıb.

Yerli Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata görə, məhbuslardan bəziləri saxlanma şəraitindən şikayət ediblər.

Qiyam zamanı Milli Qvardiyanın iki əsgəri və Kriminal-İcra Xidmətinin bir əməkdaşı yaralanıb. Hazırda adıçəkilən həbsxanada vəziyyət stabilləşib.


SON XƏBƏRLƏR