• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

"Çelsi"dən səfərdə inamlı qələbə

İDMAN

21 Sentyabr 2024 | 19:13

Çelsidən səfərdə inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında V turun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Çelsi” səfərdə “Vest Hem”lə üz-üzə gəlib. Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını 4 və 18-ci dəqiqədə Nikolas Cakson, 47-ci dəqiqədə isə Koul Palmer vurublar.

Bu nəticədən sonra “Çelsi” xalını 10-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Entso Mareskanın yetirmələri yalnız aktivində 12 xal olan “Mançester Siti”dən geri qalırlar.


SON XƏBƏRLƏR