• Bakı 21° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

CƏMİYYƏT

21 Sentyabr 2024 | 17:15

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2023-2024-cü tədris ilinin əvvəlinə 6449 müəllim çalışıb. Onların 5123-ü qadındır.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 10-u elmlər doktoru, 106-sı isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 8-i professor, 31 nəfəri isə dosentdir.


SON XƏBƏRLƏR