• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Vitrində bir qiymətdi, kassada başqa: 98 qəpiklik badımcan hara, 23 manatlıq ekzotik meyvə hara

CƏMİYYƏT

21 Oktyabr 2024 | 17:09

Vitrində bir qiymətdi, kassada başqa: 98 qəpiklik badımcan hara, 23 manatlıq ekzotik meyvə hara

Son zamanlar sosial şəbəkələrdə mağazalarda baş verənlərlə bağlı istər yazılı, istər video, istər foto şəklində müştəri şikayətləri paylaşılır. Kimi almadığı malın qiymətinin istənildiyini, kimi ondan ikinci dəfə ödəniş tələb edildiyini, kimi endirimli olaraq piştaxtaya qoyulan malın kassada başqa qiymətlə vurulduğunu qeyd edib.

Bəzi müştərilər bunun fərqinə varsa da, təəssüf ki, bir çox insan fikir vermədən bu kimi tələlərə düşə bilir.

Bəs belə olan halda nə etmək lazımdır?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, marketlərdə malın qiymətinin vitrində son qiymətindən aşağı olması, istehlakçıları cəlb etməsi, sonradan isə yuxarı qiymətlə skanerdə oxuması və pul alınması halı Azərbaycanda çox yayılıb.

E.Hüseynovun sözlərinə görə, bu, süni qiymət artımı hesab oluna bilər və hər gün bununla bağlı Azad İstehlakçılar Birliyinə 2-3 telefon zəngi gəlir.

Bəzən kassada istehlakçıların almadıqları malı da vurduqlarını deyən müsahibimiz qeyd edib ki, rəhbərlik etdiyi quruma gələn şikayətləri ümumiləşdirsək, 1 ildə Azərbaycan istehlakçılarının təkcə almadıqları mal üçün 500 milyon manat xərclədiyini müşahidə etmiş olarıq.

“Məsələn, Azad İstehlakçılar Birliyində olan bir şikayətçinin məlumatına görə, o, marketin meyvə-tərəvəz şöbəsindən 98 qəpiyə badımcan alıb, lakin tərəvəzi satan bahalı, 23 manatlıq ekzotik meyvənin qiymətini vurub və əgər fikir verməsə idi, aldanıb gedəcəkdi”.

Eyyub Hüseynov, AİB sədri

Həmsöhbətimiz son olaraq insanları diqqətli olmağa çağırıb və bildirib ki, belə halla üzləşən müştəri yerindəcə mağazanın müdüriyyətini çağırmalı, qiyməti düzəltdirməli və artıq verdiyi pulu geri almalıdır:

“Yaxud dönüb zalda həmin vəziyyətdə şəkil çəkməli, kassa çekini saxlamalıdır. Sonra isə kassa çekini və çəkdiyi şəkili İqtisadiyyat Nazirliyi yanında Antihissar və Bazara Nəzarət Dövlət Xidmətinə göndərməlidir ki, həmin yerdə süni qiymət artımının qarşısı alınsın. Bütün hallarda istehlakçının hüququ var ki, malın piştaxtadakı qiymətini ödəsin”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2024