• Bakı 19° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal qazanıb

İDMAN

21 Sentyabr 2024 | 21:46

Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal qazanıb

Azərbaycanın güləşçiləri Qazaxıstanın Atırau şəhərində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində üç medal qazanıb.

Güləş Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 güləşçi təmsil edib.


SON XƏBƏRLƏR

21 Sentyabr 2024