• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

"Fənərbağça"nın iki futbolçusu zədələnib

İDMAN

21 Oktyabr 2024 | 18:18

Fənərbağçanın iki futbolçusu zədələnib

Türkiyənin "Fənərbağça" klubunun iki futbolçusu zədələnib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin heyətində Cengiz Ünder və Ceyden Osdervolde zədələnərək sıradan çıxıb.

Məşq zamanı əzələsində problem yaranan C.Ünder 3-4 həftə, Superliqanın IX turunda "Samsunspor"la keçirilən matçda sol dizindən zədə alan Ceyden Osdervolde isə 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda, oktyabrın 24-də evdə "Mançester Yunyated"lə (İngiltərə) qarşılaşacaq.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024