• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanın voleybol hakimi “Fənərbağça”nın oyununa təyinat alıb

İDMAN

20 Noyabr 2024 | 14:35

Azərbaycanın voleybol hakimi “Fənərbağça”nın oyununa təyinat alıb

Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı hakimlərə etimad göstərib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) Bakıvaxtı.az-a verilən məlumata görə, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov və AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.

E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının B qrupunda “Fənərbağça” (Türkiyə) və “Montsa” (İtaliya) komandalarının matçında ikinci hakim olacaq. Qarşılaşmanın əsas referisi isə yunanıstanlı Vasileyos Vasileyadisdir. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

N.İsmayılova isə bu gün Çempionlar Liqasının E qrupunda baş tutacaq “Levski” (Bolqarıstan) və “Lünebur1” (Almaniya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək. Bu görüşün start fiti isə saat 22:00-da səslənəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025