• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Xankəndidə illər sonra ilk toy - FOTO + YENİLƏNİB

CƏMİYYƏT

21 Sentyabr 2024 | 19:06

Xankəndidə illər sonra ilk toy - FOTO + YENİLƏNİB

Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Gəlinlə bəy “Qarabağ şikəstəsi” sədası altında şadlıq sarayına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.

***17:46

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur.

Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.


SON XƏBƏRLƏR