• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mehriban Rəsulovaya yüksək vəzifə verildi

CƏMİYYƏT

21 Oktyabr 2024 | 17:36

Mehriban Rəsulovaya yüksək vəzifə verildi

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin yeni müşaviri təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, vəzifəyə Mehriban Mehman qızı Rəsulova gətirilib.

Bu təyinatla DMA İdarə Heyətinin müşavirlərinin sayı yeddiyə çatıb.

Qeyd edək ki, cari ilin əvvəlində DMA-ya təyinat alan M.Rəsulova, Peşə hazırlığı departamentinin direktoru vəzifəsində çalışırdı. O, bundan əvvəl Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb və Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib./Metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026