• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN Əhmədlidəki kütləvi dava ilə bağlı təhqiqata başlayıb - VİDEO + YENİLƏNİB

HADİSƏ

22 Sentyabr 2024 | 00:38 | Müəllif: Subhan Mahmudov

DİN Əhmədlidəki kütləvi dava ilə bağlı təhqiqata başlayıb - VİDEO + YENİLƏNİB

Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:

"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".

 

23:55

Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Bakıvaxtı.az xəbər verir ki, davaya səbəb az əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub.

Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir. (Report.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026