• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qazaxıstan bu ölkə ilə müttəfiqlik sazişi imzaladı

DÜNYA

23 Avqust 2024 | 00:35 | Müəllif: Subhan Mahmudov

Qazaxıstan bu ölkə ilə müttəfiqlik sazişi imzaladı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Tacikistanın başçısı İmaməli Rəhman arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı iki Mərkəzi Asiya dövləti arasında müttəfiq statusunun möhkəmləndirilməsinə dair sazişin bağlanması qərara alınıb.

"Bu tarixi sənəd bizim üçün yeni üfüqlər açır və çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün zəmin yaradır", - nəşr Qazaxıstan Prezidentinin sözlərindən sitat gətirib.

Tacikistan prezidenti də öz növbəsində bəyan edib ki, sazişin imzalanması iki Mərkəzi Asiya ölkəsinin fundamental maraqlarına cavab verir.

Dərc olunmuş məlumata görə, imzalanmış saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qarşılıqlı dəstək barədə razılığa gəliblər./publika.az

Bundan əlavə, iki ölkə liderləri birgə infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026