• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistanda havanın çirklənmə səviyyəsi müvafiq normanı ötüb

DÜNYA

22 Avqust 2024 | 23:40 | Müəllif: Subhan Mahmudov

Ermənistanda havanın çirklənmə səviyyəsi müvafiq normanı ötüb

Ermənistanın paytaxtı İrəvanın bəzi rayonlarında bir neçə gün ərzində havanın çirklənməsinin səviyyəsi yol verilən normanı keçib.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb.

"Mərkəz avqustun 15-dən avqustun 21-dək havanın keyfiyyətinin monitorinqini həyata keçirib. Avqustun 15-də Kentron və Şenqavit inzibati rayonlarında, avqustun 21-də isə Ərəbkirdə havadakı tozun konsentrasiyası icazə verilən normanı keçib", - məlumatda deyilir.

O da qeyd olunur ki, avqustun 15, 17 və 20-də Nor-Nork rayonunda havada kükürd qazının konsentrasiyası da normadan artıq olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026