• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

AK Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq

DÜNYA

09 Dekabr 2023 | 00:41

AK Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq

Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.

Bakıvatı.az xəbər verir ki, bu barədə AK-nin saytında dərc olunmuş bəyanatda deyilir.

“Yaxın Şərqdə humanitar vəziyyət pisləşməkdə davam etdiyi üçün Avropa Komissiyası 2024-cü ildə Fələstin xalqına humanitar yardım üçün 125 milyon avro ayıracaq”, - bəyanatda deyilir.

Qeyd olunur ki, bu maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclasında Qəzza zolağında humanitar yardımın uğurla çatdırılması üçün heç bir şəraitin qalmadığını bildirmişdi .


SON XƏBƏRLƏR

26 Iyul 2024