• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlon Mask narkotik istifadə etməkdə şübhəli bilinir

DÜNYA

07 Yanvar 2024 | 22:16 | Müəllif: Subhan Mahmudov

İlon Mask narkotik istifadə etməkdə şübhəli bilinir

"Tesla" və "SpaceX" direktorlar şuraları hesab edir ki, bu şirkətlərin sahibi İlon Mask narkotik vasitələrdən istifadə edir.

Bakıvaxtı.az xəbər verir ki, onlar həmçinin bunun onun aktivlərinin taleyinə təsir edə biləcəyindən ehtiyatlanırlar.

"The Wall Street Journal" yazdığına görə təşkilatlar Maskın mübahisəli fikirlərindən və təxribat xarakterli hərəkətlərindən narahatdır. Şirkət sədrləri İlon Maskın narkotik istifadə etdiyini irəli sürüblər, lakin buna dair sübut təqdim etməyiblər.

Bildirilir ki, Maskın qeyri-qanuni maddələrə aludə olması "SpaceX" ilə çoxmilyonluq dövlət müqavilələrini təhlükə altına qoya bilər. Qeyd olunur ki, Maskın vəkili Aleks Spiro biznesmenin mütəmadi narkoloji testlərdən keçdiyini deyib. Hüquqşünas isə Mask heç vaxt bu yoxlamalardan keçmədiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026