• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Aksiyaları İrəvan hökuməti təşkil edir? - Paşinyan niyə bu qədər rahatdır?

SİYASƏT

15 May 2024 | 17:07

Aksiyaları İrəvan hökuməti təşkil edir? - Paşinyan niyə bu qədər rahatdır?

İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb. Lakin bir müddət sonra terrorçu sərbəst buraxılıb və yenidən keşiş Baqrat Qalstyanın başlatdığı etirazlara qoşulub.

Xatırladaq ki, A.Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək ömürlük azadlıqdan məhrum edilib və əfv hüququndan yararlanmaqdan məhrum olunub. Ancaq 2016-cı ildə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Üç il davam edən müzakirələr nəticəsində sözügedən qərar 2019-cu ilin dekabrında icra olunub. Sərbəst qalan terrorçu revanşistlərin çağırışı ilə yenidən anti-türk kampaniyalarına başlayıb. Ermənistanda hökumət əleyhinə təşkil olunmuş aksiyalarda xaricdən gələn ermənilərin iştirak etdiyi, aralarında müxtəlif terror təşkilatlarının üzvləri olduğu deyilir.

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, erməni kilsəsi hər zaman siyasətin mərkəzində yer alıb, ideoloji rəhbər kimi proseslərə yön verib, kütləni idarə edib.

Onun sözlərinə görə, ümumiyyətlə erməni toplumunu idarə edən hökumətlər yox, məhz kilsədir:

"Erməni kilsəsi çoxspektrli fəaliyyət göstərir, müxtəlif sahələrin adamlarını öz ətrafında cəmləyə bilir. Kilsə siyasi-ictimai və mədəniyyət xadimləri ilə yanaşı, uydurma ideoloji xətt sayəsində bütün sahənin təmsilçilərini öz tərəflərinə çəkməyə çalışırlar və bəzi hallarda buna nail olurlar. Türklərə qarşı qanlı soyqırımlar, qətllər, kütləvi qırğınlar törətmiş erməni terrorçuları, onları yaratdıqları "Daşnaksütyun" və ASALA terror təşkilatları da erməni kilsəsinin əsas tərkib hissəsini təşkil ediblər”.

A.Nağı qeyd edib ki, zaman-zaman kilsənin sifarişlərini, mühüm adamların qətllərini məhz ermənilərin terror təşkilatları həyata keçiriblər. Erməni kilsəsi terrorçularla birbaşa bağlı olub. Ona görə də kilsənin təşəbbüsü ilə başlayan etiraz aksiyalarında ən müxtəlif qüvvələrin ortaya çıxması gözləniləndir və təsadüfi deyil. Bu məqamlar həm də erməni kilsəsinin mahiyyətindən xəbər verir.

Akif Nağı: Kilsə üstün gəlsə belə onların irəli sürəcəyi güclü namizəd yoxdur

Müsahibimiz vurğulayıb ki, baş nazir Nikol Paşinyanın rahat hərəkətləri proseslərin nəzarətdə olduğunu deməyə əsas verir:

"Bir ehtimal da odur ki, İrəvan hökuməti özü bilərəkdən kilsənin təşəbbüsü ilə xaos yaranmasının tərəfdarıdır və buna göz yumur. Vurğulanır ki, kilsə üstün gəlsə belə onların irəli sürəcəyi güclü namizəd yoxdur. İddia olunur ki, Paşinyan özü etirazlara meydan verərək, "Qarabağ klanı"nın, daha doğrusu əsas rəqiblərinin üzə çıxarmağına şərait yaradır. Revanşistlərin son resusrlarını sərf etməsinə "yaşıl işıq" yandırır. Onları neytrallaşdırandan sonra ölkədə vəziyyəti tam şəkildə nəzarətə götürəcək və öz siyasətini rahat şəkildə həyata keçirəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

25 May 2024