• Bakı 21° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Ali məktəblərə sənəd verənlərin sayı artıb: 130 min abituriyent

CƏMİYYƏT

23 May 2025 | 11:23

Ali məktəblərə sənəd verənlərin sayı artıb: 130 min abituriyent

Ali məktəblərə qəbul üçün 130 mindən çox abituriyent qeydiyyatdan keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Bu göstərici ötən illə müqayisədə təqribən 12 min nəfər artım deməkdir.

Məleykə Abbaszadə qeyd edib ki, bu artım ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır.

O, həmçinin əlavə edib ki, buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib.

Mina Cavidqızı


SON XƏBƏRLƏR