• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Alimlər müalicəsi olmayan bu böyrək xəstəliyinə çarə tapdı

CƏMİYYƏT

24 Fevral 2024 | 20:11

Alimlər müalicəsi olmayan bu böyrək xəstəliyinə çarə tapdı

Alimlər müəyyən ediblər ki, böyrək çapıqları olan insanlarda "SOX9" zülalının funksiyası pozulur.

Bakıvaxtı.az bildirir ki, böyrəklər tez-tez diabet, hipertoniya, infeksiyalar, antibiotiklərin və ya qeyri-steroid iltihabəleyhinə ağrıkəsici dərmanların istifadəsi nəticəsində zədələnirlər.

Bioloqlar laboratoriya siçanlarında böyrək zədələnməsini araşdırıblar. Aşkar ediblər ki, zədələnmiş hüceyrələr özlərini bərpa etmək üçün SOX9 zülalını aktivləşdirir, sonra isə deaktiv edirlər. Bununla belə, bərpa oluna bilməyən hüceyrələrdə SOX9 aktiv olaraq qalır. Bu, böyrək toxumasının çapıq toxuması ilə əvəzlənməsinə və qanı süzmək qabiliyyətinin azalmasına səbəb olur.

Alimlər SOX9-u deaktiv etməyin yolunu tapıblar və heyvanlar üzərində sınaqdan keçiriblər. Onların kəşfi hazırda müalicəsi olmayan böyrək çapıqlarının sağaldılmasına səbəb ola bilər.

Tədqiqat "Science" jurnalında dərc olunub./publika.az


SON XƏBƏRLƏR

26 Iyul 2024