• Bakı 24° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bu gün də YAĞIŞ YAĞACAQ 

CƏMİYYƏT

25 Mart 2024 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün də YAĞIŞ YAĞACAQ

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026