Almaniyadakı ukraynalılar sentyabrın 30-dan sonra bu ölkədə 1 ildən çox olan avtomobillərini nömrə nişanları ilə yenidən qeydiyyatdan keçirməlidirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, sadələşdirilmiş prosedurdan istifadə etməklə gerçəkləşdirilə bilər. Ukraynada avtomobilin qeydiyyatdan çıxarılmasına ehtiyac yoxdur.
Müharibənin əvvəlindən Almaniya ukraynalılara daxili qeydiyyatla avtomobil sürməyə icazə verib.
Qeyd edək ki, Almaniyada yaşayan ukraynalı qaçqınlar narahatdır ki, sentyabrın 30-dan sonra cərimə təhlükəsi ilə Ukrayna nömrələri ilə avtomobil idarə etmək qadağan olunacaq.
Almaniya Nəqliyyat Nazirliyinin saytında isə bildirilir ki, sentyabrın 30-dan sonra avtomobillər Ukrayna nömrələri ilə qeydiyyata alınmalıdır. Lakin bu tarixdən sonra qadağan olunduğu göstərilmir.