• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-nin Rumıniyadakı səfirliyindən xəbərdarlıq - bazar gününədək

DÜNYA

12 Oktyabr 2024 | 09:36

ABŞ-nin Rumıniyadakı səfirliyindən xəbərdarlıq - bazar gününədək

ABŞ-nin Rumıniyadakı səfirliyi ölkədə olan Amerika vətəndaşlarını cümə günündən bazar gününədək dini müəssisələrin yaxınlığında mümkün təhlükələr barədə xəbərdar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat verilib.

“ABŞ səfirliyi 11-13 oktyabr tarixlərində Rumıniyada sinaqoqlara, məbədlərə və ya məscidlərə qarşı potensial təhlükələr barədə məlumat alıb. Səfirlik ABŞ vətəndaşlarını bu dövrdə Rumıniyada dini müəssisələrin yaxınlığında çox ehtiyatlı olmağa çağırır”, – məlumatda qeyd olunur.

“Hazırda Rumıniya İnformasiya Xidmətinin (RİX, dövlət təhlükəsizliyinə cavabdehdir – red.) terror təhlükəsi səviyyəsinin artırılmasını tələb edəcək məlumatı və ya informasiyası yoxdur”, – RİX-in nümayəndəsi Ovidiu Marinça bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026