Türkiyədə “KUYU-37” əməlyyatı baş tutub.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, əməliyyat qırmızı bülletenlə axtarışda olan Ramazan Bayqaranın rəhbərlik etdiyi mütəşəkkil cinayət təşkilatına qarşı Adana mərkəzli 16 vilayətdə təşkil edilib.
Belə ki, 270 şübhəlinin tutulduğu bildirilib.
Əməliyyatlar zamanı 43 sənədsiz tapança, 11 sənədsiz tüfəng, 5 AK-47 avtomatı, 2 avtomat, 4 əl qumbarası, müxtəlif miqdarda narkotik vasitə, külli miqdarda xarici valyuta və türk lirəsi, o cümlədən xeyli sayda rəqəmsal materiallar və radiolar ələ keçirilib.
Mina Mikayılova