• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Tramp prezident maaşından və pensiyasından imtina etdi

DÜNYA

11 Dekabr 2024 | 00:23

Tramp prezident maaşından və pensiyasından imtina etdi

Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısının hesabına bütün maddi imtiyazlardan imtina etmək niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Tramp NBC kanalına müsahibəsində deyib.

O bildirib ki, ABŞ prezidenti üçün nəzərdə tutulan illik 400 min dollar maaşı almayacaq, prezidentin pensiyasından da imtina edəcək.

“Bir qəpik də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - Tramp vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, o, bəlkə də Corc Vaşinqtondan başqa işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər.

Qeyd edək ki, ilk səlahiyyət müddətində Tramp prezidentlik maaşından imtina etmiş, pulları xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəltmişdi.


SON XƏBƏRLƏR

23 Aprel 2025