• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müxalifət xaricdəki suriyalıları vətənə qayıtmağa çağırır

DÜNYA

11 Dekabr 2024 | 09:10

Müxalifət xaricdəki suriyalıları vətənə qayıtmağa çağırır

Bəşər Əsədin prezidentlikdən getməsindən sonra hakimiyyətə gələn Suriya müxalifəti xaricdə olan suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin siyasi idarəsinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlayıb.

“Biz xaricdəki suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırırıq”, – o bildirib.

Rəsminin sözlərinə görə, “qarşıdakı dövrdə Suriya bütün xalqının səylərinə ehtiyac duyacaq”.

Xatırladaq ki, daha əvvəl ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin formalaşdırıldığını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026