İngiltərə və Latviyanın rəhbərlik etdiyi beynəlxalq koalisiya çərçivəsində Ukraynaya 30 min yeni PUA göndəriləcəyi açıqlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Latviya və İngiltərənin birgə idarə etdiyi Beynəlxalq Dron Koalisiyası tərəfindən 45 milyon funt sterlinq dəyərində müqavilə imzalanacaq.
Açıqlamada yeni dronların maliyyələşdirilməsinin İngiltərə, Danimarka, Hollandiya, Latviya və İsveç kimi ölkələrin töhfələri ilə təmin edildiyi bildirilib.
Əli Hüseynov