• Bakı C

    9.86 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib

DÜNYA

08 Fevral 2025 | 23:18

İsrail Livanda Hizbullahın silah anbarına zərbə endirib

İsrailin Hərbi Hava Qüvvələri Livanda Bəqaa vadisində "Hizbullah" radikal hərəkatının döyüşçülərinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Vadidə silah istehsalı və saxlanması üçün strateji obyekt fəaliyyət göstərirmiş.

Bildirilib ki, bu obyektdə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi pozulmasıdır.

Bundan əvvəl Baş nazir Benyamin Netanyahunun Dəftərxanası məlumat yayıb ki, İsrail qoşunlarının Livanın cənub hissəsindən çıxarılması prosesi ötən il noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması ilə müəyyən olunmuş 60 günlük müddət başa çatdıqdan sonra davam etdiriləcək. Atəşkəs razılaşması Livan tərəfindən hələ tam yerinə yetirilmədiyi üçün qoşunların tədricən çıxarılması prosesi ABŞ ilə tam razılaşdırılmaqla davam edəcək.


SON XƏBƏRLƏR

08 Fevral 2025