Londonda yerləşən məşhur “Tower Bridge” körpüsü müvəqqəti olaraq nəqliyyat və piyadalar üçün bağlanıb.
Bakıvaxtı.az “Skay Nyus”a istinadən xəbər verir ki, hadisəyə bir nəfərin körpünün üst dayaqlarından birinə çıxması səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub, xilasetmə məqsədilə nərdivan quraşdırılıb və həmin şəxslə ünsiyyət qurmağa cəhd edilib.
Təxminən iki saat sonra London polisi şəxsin təhlükəsiz şəkildə yerə endiyini və körpünün qısa müddət ərzində yenidən açılacağını açıqlayıb.
Polis məsələ ilə bağlı əlavə məlumat verməyib.