• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Starmer martın 15-də Ukrayna ilə bağlı virtual sammit keçirəcək

DÜNYA

10 Mart 2025 | 21:35 | Müəllif: Subhan Mahmudov

Starmer martın 15-də Ukrayna ilə bağlı virtual sammit keçirəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı növbəti beynəlxalq görüşü onlayn rejimdə keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının nümayəndəsi məlumat verib.

O, virtual sammitin martın 15-də baş tutacağını və Starmerin martın 2-də Londonda təşkil etdiyi görüşün davamı olacağını bildirib.

“Baş nazirin “Lancaster House”da baş tutan sammitə əsaslanaraq, xoşməramlılar koalisiyasının liderlərinin ikinci görüşünü keçirəcəyini gözləyə bilərsiniz”, - o əlavə edib.

Xatırladaq ki, martın 2-də Londonda Ukraynaya yardımla bağlı 18 dövlət və birliyin nümayəndələrinin iştirak etdiyi sammit keçirilib. Görüşdən sonra Starmer Kiyevi dəstəkləmək üçün dövlətlərdən ibarət koalisiya yaratmağa söz verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026