Ukrayna IRIS-T hava hücumundan müdafiə sisteminin istehsalçısı Almaniyanın “Diehl Defence” şirkəti ilə raket və hava hücumundan müdafiə sistemlərinin tədarükünün 3 dəfə artırılmasını nəzərdə tutan memorandum imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat yayıb.
“İmzalanmış saziş Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirəcək böyük sənaye layihələrinə yol açır”, - o bildirib.