• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Tayvan: Çinin 14 təyyarəsi və 6 gəmisi adaya yaxınlaşıb

DÜNYA

09 Fevral 2025 | 09:08

Tayvan: Çinin 14 təyyarəsi və 6 gəmisi adaya yaxınlaşıb

Tayvanın Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun 14 təyyarəsinin və 6 gəmisinin sahillərinə yaxınlaşdığını aşkarlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də məlumat yayıb.

"Saat 6:00-ya qədər (Bakı vaxtı ilə saat 02:00) Tayvan ətrafında 14 təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin 6 gəmisi aşkar edilib. Doqquz təyyarə median xətti keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik və müvafiq reaksiya vermişik", - məlumatda deyilir.

Tayvanın müdafiə orqanı materik Çindən təyyarə və gəmilərin yaxınlaşmasını müntəzəm qeydə alır.


SON XƏBƏRLƏR

11 Mart 2025