Mərkəzi Amerikanın ən aktiv vulkanı olan Fueqo vulkanı püskürüb.
Bu barədə Bakıvaxtı.az "The Guardian"a istinadla xəbər verir.
Məlumata görə, paytaxtdan 35 kilometr aralıda yerləşən vulkan martın 9-da səhər saatlarında aktivləşməyə başlayıb. Yerli sakinlər bərk gurultu səsi eşidiblər, sonra isə püskürmə, lava, kül və daşları görüblər.
Ardınca həyəcan siqnalı verilib. Əgər vulkan aktivliyini davam etdirsə, daha 30 min nəfər risk zonasına düşəcək və evlərini tərk etməyə məcbur qalacaq.
Hakimiyyət vulkanla əlaqədar minə yaxın insani təxliyə edilib.