• Bakı 12° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Yunanıstanda fəhlə və məmurlar 24 saatlıq tətilə başlayıb

DÜNYA

10 Aprel 2025 | 00:28

Yunanıstanda fəhlə və məmurlar 24 saatlıq tətilə başlayıb

Yunanıstanda fəhlələr və dövlət qulluqçuları hökumətdən yaşayış bahalığına qarşı tədbir görməyi tələb edərək 24 saatlıq tətilə başlayıblar.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, tətil Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə başlayıb. 

Tətil səbəbindən bir çox şəhərlərdə, xüsusən də paytaxt Afinada ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Dəmir yolu və dəniz nəqliyyatı tamamilə dayanıb, qatarların hərəkəti ləğv edilib. Hava limanlarında uçuşlar təxirə salınıb.

Tətil çərçivəsində paytaxt Afinada nümayiş olub. Afinada toplaşan minlərlə fəhlə və məmur parlament binası qarşısında yürüş keçirib.

Təqaüdçülər 2009-cu ildə başlayan iqtisadi böhran zamanı ləğv edilən 13 və 14-cü maaş sisteminin bərpasını tələb ediblər.

 


SON XƏBƏRLƏR

17 Aprel 2025