• Bakı 19° C

    2.99 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Hakan Fidanı zəhərləyiblər

DÜNYA

10 May 2025 | 00:10

Hakan Fidanı zəhərləyiblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ona qarşı sui-qəsd edildiyini ilk dəfə açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə 24 TV-nin canlı efirində danışıb.

"4-5 il əvvəl mənə sui-qəsd olub. Mənə böyük dozada arsen və civə vurulub və bu, sonradan testlərdə özünü göstərdi", - deyə Fidan bildirib.

Bunu kimin etdiyi barədə məlumatın olub-olmaması ilə bağlı suala nazir belə cavab verib: "Gəlin təfərrüata varmayaq. Düşmən təkcə ölkə daxilində deyil, hər yerdə düşmən var".

Xatırladaq ki, o zaman Hakan Fidan Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri vəzifəsini tuturdu.


SON XƏBƏRLƏR

19 May 2025